Hadisə
Gəncədə 7 otaqlı ev yandı

Masya
- 16 Sep 2018
- 154964 baxış
Gəncədə yanğın hadisəsi qeydə alınıb.
XalqTv.com-nun FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 180 m² olan 7 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XalqTV.com
RƏYLƏR