Xəbərlər

Mingəçevirdə 35 nəfər cərimələndi - FOTO

  • 16 Sep 2018
  • 159121 baxış

 Mingəçevir şəhərində keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan piyadalara xəbərdarlıq edilib.

XalqTv.com report-a istinadən bildirir ki, axşam saatlarına təsadüf edən reyd şəhərin Heydər Əliyev prospektində, Nərimanov, 20 Yanvar və onlarla kəsişən küçələrdə həyata keçirilib.

Reydin məqsədi yol hərəkəti qaydalarını pozaraq qəza vəziyyəti yaradan piyadaların müəyyən edilməsi və maarifləndirilməsi olub. Reyd ərzində 60-a yaxın qayda pozucusu saxlanılaraq onlarla xəbərdaredici söhbətlər aparılıb. Eyni zamanda 35 qayda pozucusuna yol polisi əməkdaşları tərəfindən inzibati protokollar tərtib edilib

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR