Şou Bİznes

“Bu il zəncir vurmayacağam” - İzzət

  • 13 Sep 2018
  • 156708 baxış

Müğənni İzzət Bağırov "Səhər-səhər" proqramına qonaq olarkən ötən il zəncir vurması ilə bağlı yayılan videosundan danışıb. 

XalqTv.com Milli.Az-a istinadən xəbər verir ki, sənətçi həmin görüntülərin İraqda lentə alındığını bildirib:

"Toy, şənliklərdə iştirak etməyəcəm, Bakıda olacam. Baxmayaraq ki, bundan əvvəl Məşəddə, Kərbəlada olmuşam. Ötən il İraqda zəncir vurmağım birmənalı qarşılanmadı. İnsanlar başa düşmədi ki,  belimə çırpdığım zəncir dəmirdən yox, plastmasdan hazırlanıb. Zəncir süni idi, insana zərər vermir. Bakıda da qan çıxaranlara qoşulmamışam, fətva var. Qan çıxarmaq olmaz". 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR