idman

Simeone: "Oğlumu heç vaxt transfer etmərəm"

  • 13 Sep 2018
  • 156885 baxış

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Fiorentina"dan çıxış edən oğlu Covanni Simeone haqda açıqlama verib.

XalqTv.com Milli.Az-a istinadən bildirir ki, argentinalı mütəxəssis oğlunu heç vaxt öz komandasına transfer etməyi düşünmədiyini deyib: "Covanni yaxşı oyunçudur, amma onu heç vaxt transfer etmərəm. Oğlumla eyni paltardəyişmə otağında olmaq çox çətin olar. Çünki şəxsi həyatımızda problem yaşaya bilərik. 5-6 il ərzində daha yaxşı oynasa, bəlkə, mən "Atletiko"dan ayrıldıqdan sonra bura gələ bilər".

Qeyd edək ki, D.Simeonenin bu yay Covannini transfer etmək istədiyi, amma buna nail ola bilmədiyi iddia olunurdu.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR