Hadisə

Bakıda ana və atasını döyən şəxsə hökm oxunub

  • 13 Sep 2018
  • 155274 baxış

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ata və anasını döyməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Natiq Piriyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

XalqTv.com-un "Report"a istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Piriyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, N.Piriyev dəfələrlə ata və anasını döyüb, onlara hədə-qorxu gələrək yaşadıqları evi satmalarını, ona pul vermələrini tələb edib. 34 yaşlı N.Piriyev ana və atasını öldürməklə, qəsdən sağlamlıqlarına ağır xəsarət yetirməklə hədə-qorxu gəlib.

Təqsirləndirilən şəxsin anası Kəmalə Piriyeva və atası Qulu Piriyev övladlarından şikayətçi olduqlarını deyiblər.

Zərərçəkmiş qismində çıxış edən N.Piriyevin anası Kəmalə Quliyeva deyib ki, oğlu narkomandır, nə etdiyini bilmir: "Dəfələrlə onu müalicəyə göndərmişik. Əlimizdən gələni etmişik, bu yoldan çəkindirməyə çalışdıq. Bir valideyn kimi əlimizdən gələn hər şeyi etdik. Amma olmadı, bir cinayətkara çevrildi. Həm bizə, həm də ətrafdakılara zərər verdi. Mən sizi əmin edirəm ki, bu nə ailə münaqişəsi, nə də mülki məsələdir. Artıq bacara bilmirik".

N.Piriyev daha əvvəl narkotik və qanunsuz olaraq odlu silah saxlamaq ittihamları ilə məhkumluq həyatı yaşayıb.

Məlumata görə, N.Piriyev dəfələrlə özünə xəsarətlər yetirib, qollarına və bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Sonuncu dəfə həbsxanada boyun nahiyyəsinin kəsərək özünə xəsarət yetirib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR