Hadisə

Qubada yabanı halda bitən çətənə kolları məhv edilib

  • 13 Sep 2018
  • 15718 baxış

Qubada yabanı halda bitən çətənə kolları məhv edilib.

XalqTv.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azərtac-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Püstəqasım kəndi ərazisində yerləşən meşəlikdə yabanı halda bitmiş hündürlüyü 90-150 santimetr olan 22 ədəd çətənə kolu aşkarlanıb.

Narkotik tərkibli çətənə bitkiləri yandırma yolu ilə məhv edilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR