Siyasət

ATƏT PA bir daha Minsk qrupunun işinə dəstəyini ifadə edib

Masya
Masya
  • 13 Sep 2018
  • 154591 baxış

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun işinə dəstəyini ifadə edib.

XalqTv.com Milli.Az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir:

"O, ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin işinə dəstəyini bir daha ifadə edib, amma vurğulayıb ki, konkret nəticələrin və irəliləyişin əldə olunması üçün əsas məsuliyyət münaqişə tərəflərinin siyasi rəhbərliyinin üzərinə düşür".

Qeyd olunur ki, ATƏT PA-nın regionda fəaliyyətinə töhfə verməsi üçün G.Sereteli qurumun Cənubi Qafqaz regionu üzrə yeni Xüsusi nümayəndəsini təyin edəcək.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR