Dünya

Əfqanıstanda avtomobil partladıldı: yaralılar var

  • 13 Sep 2018
  • 155281 baxış

Əfqanıstanın cənubundakı Helmand əyalətində partlayış baş verib.

XalqTv.com Milli.Az-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 3 nəfər yaralanıb.

Qeyd olunur ki, hadisə Ləşkargah şəhərində avtomobilin partladılması ilə baş verib.

Məlumata görə, yaralılardan ikisi avtomobildə olub, daha bir nəfər isə yaxınlıqdan keçərkən partlayış baş verib.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən hələ olmayıb. Polis araşdırmaya başlayıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR