Hadisə

Şamaxıda ağır qəza: ölən və xəsarət alanlar var

  • 13 Sep 2018
  • 389 baxış

Şamaxı rayonunda 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

Xalqtv.com Milli.Az-a istinadən xəbər verir ki, hadisə Şamaxı rayon ərazisində, Şamaxı-Piriqulu yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı minik maşını qarşıdan gələn "Nissan" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Nissan"ın sürücüsü hadisə yerində ölüb, sərnişini isə ağır xəsarət alıb. Toqquşma zamanı zərbənin gücündən digər maşında olan bir sərnişin də ağır xəsarət alıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırdan ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR