Hadisə

Ağsuda faciə: 1 nəfər yanaraq öldü

  • 13 Sep 2018
  • 387 baxış

Ağsu rayonunda ev yanıb.

Xalqtv.com-un Milli.Az-a istinadən verdiyi məlumata görə, ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR