idman

"Azərbaycanla oyunda 3 xal bizim üçün vacibdir"

  • 30 May 2017
  • 238 baxış

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsində millimizlə iyunun 10-da keçiriləcək oyundan danışıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, o, açıqlamasında Bakıdakı matçın çox vacıb olduğunu deyib: "Hazırda Azərbaycanı 3 xal, səfərdə Norveçlə qarşılaşacaq Çexiyanı isə 2 xal qabaqlayırıq. Rəqibimiz qrupda vəziyyətini yaxşılaşdırmaq üçün xallar qazanmaq istəyir. Özümüzdən aşağı pillələrdəki komandalarla xal fərqini saxlamalı və mümkün qədər daha yaxşı oynamalıyıq. Almaniyanın San Marino ilə görüşdə 3 xal qazanacağını nəzərə alsaq, Azərbaycanla oyunda 3 xal bizim üçün qrupdakı impulsu qorumaq baxımından da önəmlidir".

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-u saat 20:00-da başlayacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR