Xəbərlər

Bu il evlənmək istəyən 105 nəfərdə QİÇS çıxıb

  • 13 Sep 2018
  • 367 baxış

Bu il nikaha daxil olmaq istəyən 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb. Xalqtv.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı məlumatı Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 3 ildə ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. 

Belə ki, cari ilin yanvar ayından 31 avqustadək müayinə olunanların sayı 93138 nəfər olub. Onlardan 2773 nəfərdə talassemiya daşıyıcılığı, 242 nəfərdə siflis, 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb.

Ümumi götürdükdə isə 2015-ci ildən bu yana talassemiyanın profilaktikası labaratoriyasında 457422 nikaha daxil olan şəxs müayinədən keçib. Onlardan 16847 nəfərdə talassemiya daşıyıcılığı, 1575 nəfərdə siflis, 387 nəfərdə HİV1/2 (QİÇS) aşkarlanıb.

3 il ərzində müayinədən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR