Hadisə

Tovuzda 42 yaşlı kişi ürəyindən bıçaqlandı

  • 13 Sep 2018
  • 152454 baxış

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

XalqTv.com Milli.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Azər Aqil oğlu kənd ərazisində naməlum şəraitdə döş qəfəsindən bıçaqlanıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR