SAĞLAMLIQ

Qan təzyiqindən necə xilas olmaq mümkündür?

  • 12 Sep 2018
  • 153272 baxış

ABŞ-ın Şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, 16 həftə müddətində həyat tərzinin dəyişdirilməsi yüksək qan təzyiqi ilə mübarizə üçün qəbul olunan preparatlara ehtiyacı azaldır.

Xalqtv.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, alimlərin apardığı araşdırmada  yaşları 40-80 olan, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən 129 kişi və qadın iştirak edib. Bütün könüllülərdə qan təzyiqi 130-160/80-90 millimetr civə sütunu təşkil edib. 

Yoxlanış zamanı iştirakçılar təsadüfən üç qrupa bölünüblər. Birinci qrup insanlar 16 həftə müddətinə həyat tərzini dəyişiblər, meyvə, tərəvəz və yağsız süd məhsulları ilə qidalanıblar. Bundan başqa, onlar artıq çəkidən azad olmaq üçün proqrama yazılıblar. 

İkinci qrup iştirakçıları yalnız sağlam dietaya üstünlük veriblər, üçüncü qrup isə həyat tərzini dəyişməyiblər.

Məlum olub ki, eksperimentin sonunda birinci qrupda daxil olan insanlarda çəki azalıb, qan təzyiqi isə 16 millimetr civə sütunu enib. İkinci qrupda təzyiq 11, üçüncü qrupda isə 3 millimetr civə sütunu aşağı düşüb. Bununla yanaşı, birinci qrupdakı iştirakçıların 15 faizi, ikinci qrupdakıların 23 faizi dərman preparatlarına ehtiyac duyub, üçüncü qrupda isə bu göstərici dəyişməz qalıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO