Xəbərlər

Nazirdən kartofun gömrük rüsumunun arıtılmasına münasibət

  • 12 Sep 2018
  • 156782 baxış

"Azərbaycanda kartof istehsalı ölkə tələbatını iki dəfə üstələyir."

Xalqtv.com Milli.Az-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, cari ildə təqribən 900 min ton kartof istehsal olunub.

Bu yaxınlarda kartofa görə gömrük rüsumunun artırılmasına münasibət bildirən İ.Kərimov vurğulayıb ki, bu addım yerli məhsulun sabit qiymətini təmin etməyə və yerli istehsalçıların maraqlarını qorumağa xidmət edir.

Qeyd edək ki, Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılaraq 15 faizdən 30 faizə çatdırılıb. Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR