SAĞLAMLIQ

İşdə su içməyi vərdiş halına gətirin - SADƏ YOLU

  • 12 Sep 2018
  • 159867 baxış

Hərəkətli iş həyatı içində bəzən su içmək unudula bilir. Bu da halsızlıq, baş ağrısı, unutqanlıq və dəri quruluğu kimi bir çox problemlərə səbəb olur.

XalqTv.com ailem.az-a istinadən iş həyatında da su içməyi vərdiş halına gətirməniz üçün bəzi yollar göstərir.

İçəcəyiniz suyun miqdarını müəyyən edin

Su ehtiyacı gün ərzində alınan kaloriyə görə hesablana bilər. Məsələn, gündə 1.800 kalori alırsınızsa, ən az 1,8 - 2 litr su içməlisiniz. Kalori hesabı apara bilməyən qadınlar gündə təxminən 2, kişilər isə 2,5 litr su içə bilər. Yetərincə su alıb-almadığınızı sidiyə çıxma sayı və sidiyinizin rəngini yoxlayaraq da təqib edə bilərsiniz. Yetkin bir şəxs gündə 6 - 7 dəfə sidiyə çıxırsa və sidik rəngi açıq sarı və ya soluq sarı rəngdədirsə, deməli, kifayət qədər su içir.

Hər an gözünüzün önündə olsun

Xüsusən bütün günü oturaq işdə çalışanlar, masanızdan təzə suyu əskik etməyin. Suyu gördükcə içmə istəyiniz artacaq.

Suyunuza aroma qatması üçün nanə yarpaqlarını yuyub su qabına ata bilərsiniz. Bununla yanaşı nazik halqa şəklində doğradığınız mövsüm meyvələrindən də istifadə edə bilərsiniz. Məsələn, limon, alma, yaxud da çiyələk. Qabıq darçın, mixək də başqa bir alternativdir.

Qəhvə və çayı azaldın

Ofisdə çalışanların böyük hissəsi çaysız və qəhvəsiz qala bilmir. Ancaq bu içkilər bədənimizin maye ehtiyacını qarşılamadığı kimi, tam tərsinə, sidiyi artıraraq bədəndə su itkisi yaradır. Buna görə bu içkilərdən az istifadə edərək, əvəzində böyük bir stəkan su içmək susuz qalmamaq üçün edilməli vacib bir nüansdır.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45766 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 637 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 638 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 608 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 713 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO