Dünya

Hindistanda kimyəvi zavodda partlayış olub, ölənlər var

  • 12 Sep 2018
  • 159062 baxış

Hindistanın şimalındakı Bicnor şəhərində kimyəvi zavodda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Bu barədə Xalqtv.com "Report"-a istinadən xəbər verir.

Yaralılar xəstəxanada ağır vəziyyətdədirlər. Polisin məlumatına görə, hadisəyə səbəb qaz balonunun partlaması olub və bundan sonra binanın içərisində güclü yanğın başlayıb.

Partlayış zamanı ölən və yaralananların hamısı zavod işçiləri olub.

Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Lakin hələlik yanğını lokallaşdırmaq mümkün olmayıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR