Hadisə

Arvadını öldürən kişi hakim qarşısında

  • 11 Sep 2018
  • 436 baxış

Sumqayıtda arvadının başqa kişi ilə şəkillərini görən və onu öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin cinayət işi üzrə istintaq yekunlaşıb. 

Xalqtv.com-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası hakim Rasim Sadıxovun icraatında sentyabrın 13-də keçiriləcək. 

İttihama görə, 2018-ci  il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yaşayan  1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən 18 dəfə bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı onun yad kişi ilə fotoşəklini tapıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR