Xəbərlər

İşıq pulunu ödəmək daha asan oldu

  • 11 Sep 2018
  • 154940 baxış

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərişıq” ASC-nin birgə əməkdaşlığı çərçivəsində əhali və qeyri əhali abonentlərinin aylıq debutor işıq borcları ödənişlərinin artıq “ASAN Ödəniş” portalı vasitəsilə həyata keçirilməsi mümkündür.

Xalqtv.com-un "Trend"-ə əsasən verdiyi məlumata görə, “ASAN Ödəniş” dövlət informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs, dövlətə məxsus 4 hüquqi şəxs olmaqla 118 dövlət qurumunun inzibati cərimələrinin, kommunal, aqrolizinq xidmətlərin ödənilməsi “ASAN ödəniş” dövlət informasiya sisteminin www.asanpay.az ödəniş portalı və terminalları vasitəsilə həyata keçirilir. Həmçinin ödənişlər sistemə inteqrasiya edilmiş www.hesab.az, www.e-pul.az, www.portmanat.az ödəniş portalları, “e-Manat” və “Milli Ön” ödəniş terminalları, bank şöbələri vasitəsi ilə təmin edilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR