Dünya

Moskva aeroportunda 20 ilan gətirən sərnişin saxlanılıb

  • 11 Sep 2018
  • 156032 baxış

Moskvada Şeremetyevo hava limanının əməkdaşları ölkəyə gələn turistdən 20 ilan müsadirə edib.

Xalqtv.com "xezerxeber.az"-a istinadən xəbər verir ki, həmin şəxs ilanları Almaniyada keçirilən sərgi zamanı əldə etdiyini bildirib. Bununla belə, ilanların daşınmasına icazə verən sənəd təqdim olunmayıb.

İlanlar sərnişinin əl yükündə olub. Həmin ilanlar gömrük əməkdaşları tərəfindən müsadirə olunaraq vəhşi heyvanların reabilitasiya mərkəzinə təhvil verilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR