Şou Bİznes

Evini satdığı deyilən aktrisa danışdı

  • 11 Sep 2018
  • 153834 baxış

Xəbər verdiyimiz kimi, aktrisa Gamze Özçelikin afrikalı uşaqlara yardım məqsədi il evini satdığı haqda xəbərlər yayılmışdı.

Xalqtv.com Milli.Az-a istinadən məlumat verir ki, aktrisa bu iddialardan sonra İnstaqram hesabında paylaşım edərək açıqlama verib:

"İzləyənlər bilir ki, "Umuda koşanlar" dərnəyi olaraq keçən Qurban bayramında Somalidə qurban kəsmişdik. Bir müddətdir sosial mediada yayılan "Pulunu su quyularına xərclədi", "Afrikalı uşaqlar üçün evini satdı" kimi xəbərlərə aydınlıq gətirmək üçün açıqlama vermək ehtiyacı duydum. Dərnəyimiz qurulduğu gündən insanların da köməyi vasitəsilə əlimizdən gələni etməyə çalışdıq. Allah razı olsun. Əvvəldən bizə kömək etdi çox adam. Bu xəbərlər isə yalandır. Xoş niyyətlə yazılan xəbərləri oxudum. Amma xahiş edirəm ki, mən və dərnək haqda xəbər yazarkən dərnəyin qeyd olunan nömrələrinə zəng edib məlumatı dəqiqləşdirəsiniz".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR