idman

UEFA daha bir turnir yaradır

  • 11 Sep 2018
  • 156290 baxış

Avropa Klublar Birliyinin prezidenti Andrea Anyelli Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı, üçüncü turnirin də başlayacağını bildirib.

Xalqtv.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Yuventus”un da prezidenti olan Anyelli bu barədə açıqlama verib:

“UEFA ilə danışıqlarımız sona çatmaq üzrədi. Avropada üçüncü avrokubok turniri hazırlanır”.

Xarici mətbuatda yer alan xəbərlərə görə, yeni turnirin başlaması ilə Çempionlar Liqasındakı komandaların sayı dəyişməyəcək, Avropa Liqasındakı klub sayının isə 48-dən 32-yə azaldılacağı gözlənilir. Yeni turnirin adı hələ məlum olmasa da, 96 komandanın iştirak edəcəyi və 2021-2022-ci il mövsümündən start götürəcəyi bildirilir.

Yəqin ki, yeni turnirin başlaması ilə Azərbaycan klublarının arabir iştirak etdiyi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması bir az da müşkülə çevriləcək.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR