Dünya

Təzə bəy aradan çıxdı, gəlin özü ilə evləndi

  • 11 Sep 2018
  • 154977 baxış

Fransanın Reyms şəhərinin sakini Letisiya Nquen ailə qurmağa hazırlaşırdı. Üç ildən bəri görüşdüyü 42 yaşlı kişi onunla evlənmək, övlad atası olmaq niyyətini açıqlamışdı.

Xalqtv.com Milli.Az-a istinadən bildirir ki, 38 yaşlı Letisiya da toya hazırlaşırdı. Lakin bir müddət əvvəl Letisiyanın sevgilisi ondan soyuyub, toy ərəfəsində isə, ümumiyyətlə, əlaqəni kəsib.

Baş verənlərin səbəbini anlamadığını deyən Letisiya hər şeyə rəğmən toy etmək qərarına gəlib.

O, Yunanıstanın Santorini adasında təkbaşına nikah və toy mərasimləri təşkil etdirib.

Mərasimlərə 24 min avro xərclənib.

"Toyda cəmi səkkiz qonaq vardı. Valideynlərim, bacım və onun əri, bir də ən yaxın rəfiqələrim. Bahalı, əntiq üzüyü sol əlimin orta barmağına taxdım. Hər şey əla idi, sadəcə, bəy yox idi", - Letisiya deyib.

Onun sözlərinə görə, problemləri unutmaq üçün bayrama ehtiyacı vardı: "Özümə əminliyim qayıtdı, özümü tapdım. Sanki yenidən doğuldum. Mənimlə bir kişi də evlənmək istəmədi. Lakin özüm özümlə evləndim. Çünki əlayam və öunu bilirəm".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR