Dünya

Polis rəisini çıxartmaq üçün yığışan sakinləri qanlarına boyadılar - 20 ölü

  • 11 Sep 2018
  • 155884 baxış

Əfqanıstanda keçirilən etiraz aksiyası zamanı partlayış baş verib.

Xalqtv.com Milli.Az-a istinadla xəbər verir ki, Nanqarhar vilayətində baş verən partlayış nəticəsində 20-dən çox insan ölüb.

Hadisə terror aktıdır və etiraz aksiyası keçirənlərə qarşı yönəldilib.

Belə ki, üzərinə bomba bağlayan intiharçı-terrorçu izdihamın arasına daxil olaraq özünü partladıb.

Hər hansı terror qruplaşması hələlik partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, etirazçılar Açin vilayətinin polis rəisinin işdən azad edilməsini tələb etmək üçün toplaşmışdılar.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR