Xəbərlər

“Əvvəllər 50-60 manata yer tapmaq olurdu” - Kirayə evə həsrət qalanlar

  • 11 Sep 2018
  • 338 baxış

Maklerlər bağı kimi tanınan ərazidə hər gün 100-lərlə insan ev axtarır və onlardan biri də 3-cü kurs tələbəsi Mahirdir. Hansı ki, o da günlərdi bu ərazidə kirayə mənzil axtarır.

Amma nə fayda, mənzil olub atlı, ev axtaranlar isə piyada. Ən böyük çətinliyi isə tələbələr çəkir.

Xalqtv.com Milli.Az-a istinadən bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" proqramında maraqlı süjet yayımlanıb.

Mahirin sözlərinə görə, ötən illərlə müqayisədə ev qıtlığı ilə yanaşı 50 faizə kimi bahalaşma da var. Bir neçə günə təhsil ili başlayacaq. Amma minlərlə tələbə hələ də ev tapa bilməyib.

Mahir Abbasov - Ev axtaran: "1 həftədir bura gəlib oturub, gedirəm. Əvvəllər 50-60 manata yer tapmaq olurdu. İndi evlər çox bahadır"

Bu çətinliklə tələbələrlə yanaşı paytaxta iş dalınca gələnlər də rastlaşırlar. Rieltorlar da etiraf edir ki,  əvvəlki aylara nisbətən kirayə qiymətləri artıb. Qıtlığın digər səbəbi paytaxtdakı söküntülərdir.

Kirayə ev seçənlər daha çox metroya yaxın ərazilərə üstünlük verir ki, bu da, demək olar ki, mümkünsüzdür. Ekspertlər kirayə ev çatışmazlığına səbəb kimi turistlərin çoxalmasını da göstərirlər. Yeni bina və ya təmirli evlər yerli sakinlərdən çox tursitlərə verilir. Səbəb onların daha çox pul təklif etməsidir.

Qarşıdakı aylarda qiymətlərin nisbətən ucuzlaşacağı və tələbata uyğun evlərin çoxalacağı gözlənilir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR