Dünya

Polis maşınını pulsuz yumaq istəmədilər, döyüldülər

  • 11 Sep 2018
  • 156897 baxış

Moskvanın Xamovniki rayon məhkəməsində 35 yaşlı iki polis əməkdaşı barəsində cinayət işi üzrə iclasa hazırlıq gedir.

Xalqtv.com Milli.Az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanının əməkdaşları avtoyuma məntəqəsində çalışan gəncləri maşını pulsuz yumaqdan imtina etdikləri üçün döyüblər. Hadisə aprelin 28-də baş verib.

Avtoyuma məntəqəsinə gəlmiş polis işçiləri maşınlarının pulsuz yuyulmasını tələb ediblər. Məntəqədə çalışan işçilər imtina etdikdə, polis əməkdaşlarından biri məntəqənin müdirinə azca pul verib və həmin vaxt dizi ilə onun qasıq nahiyəsinə zərbə endirib. Zərərçəkmiş qapalı travma və xayasının sağ hissəsinin hematoması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Bundan sonra polis əməkdaşları güc və xüsusi vasitələr tətbiq etməklə avtoyuma məntəqəsinin iki əməkdaşını polis şöbəsinə gətiriblər. Sonradan onlar avtoyuma məntəqəsinə qayıdaraq, orada olan işçidən pullarının qaytarılmasını tələb ediblər. Döyülməkdən qorxan işçi öz cibindən polislərə pul verib.

Məhkəməyə qədər artıq keçmiş polis əməkdaşları ev dustaqlığına məhkum olunublar.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR