Dünya

İstanbulda silahlı şəxs qadın müəllimi girov götürdü

  • 10 Sep 2018
  • 155853 baxış

İstanbulun Pendik rayonunda məktəblərin birində odlu silahla silahlanmış şəxs qadın müəllimi girov götürüb.

XalqTv.com Milli.Az-a istinadən bildirir ki, hadisə şəxsi zəmində baş verib.

Qeyd olunur ki, evlənməyə hazırlaşan cütlük arasında mübahisə yaranıb. Mübahisəni həll etmək üçün kişi məktəbə gəlsə də, qadın onunla danışmaqdan imtina edib. Nəticədə həmin şəxs qadını otaqların birində bağlayıb.

Hazırda silahlı şəxslə danışıqlar aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR