Hadisə

Bıçaqla aptekə basqın edən qadına hökm oxundu

  • 10 Sep 2018
  • 155190 baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqla aptekə basqın etməkdə təqsirləndirilən keçmiş məhkum, 1984-cü il təvəllüdlü Aygün Əliyevaya hökm oxunub. 

XalqTv.com-un  "Qafqazinfo"-ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2018-ci il martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb. Məlum olub ki, A. Əliyeva daha əvvəldə məhkumluq həyatı yaşayıb. İndi o, Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə təqsirləndirilir. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR