idman

Zidan: “Tezliklə işə başlayacağam”

  • 10 Sep 2018
  • 506 baxış

"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan uzun müddət işsiz qalmaq istəmədiyini deyib.

Xalq TV Milli.Az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis yaxın vaxtlarda məşqçi karyerasını davam etdirmək istəyir: "Uzun müddət bekar qalmaq niyyətində deyiləm. Məşqçiliyə başlayacağam. Bu işi sevirəm. Hələlik hansı klubda çalışacağımı biımirəm. Tezliklə iş yerim olacaq".

Zidanın "Mançester Yunayted"in baş məşqçisi olacağı deyilirdi. Həmçinin fransalı mütəxəssisin gələn il "Yuventus"da Massimilano Alleqrini əvəzləyəcəyi xəbəri yayılıb.

46 yaşlı Zidan 2016-2018-cı illərdə "Real"ı çalışdırıb. Madrid klubu ilə birlikdə İspaniya çempionu adını qazanıb. Ardıcıl 3 dəfə Çempionlar liqasının qalibi olub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR