idman

Kosovo yığmasının baş məşqçisi: "Azərbaycanla oyundan razı qalmadım"

  • 10 Sep 2018
  • 515 baxış

"Azərbaycana qarşı keçirdiyimiz oyundan o qədər də razı qalmadım".

Xalq TV "Musavat.com"-a istinadən xəbər verir ki, bunu Kosovo millisinin baş məşqçisi Bernar Şalland evdə Farer adaları ilə keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəsis qarşıdakı görüşdə hücum futbolu sərgiləyəcəklərini açıqlayıb. Lakin o, müdafiəni də yaddan çıxarmamalarının gərəkliyini də vurğulayıb: "Bir neçə dəfə demişəm ki, biz gənc oyunçulardan təşkil olunmuş komandayıq. Meydana çıxıb yaxşı oyun göstərərək, qalib gəlmək istəyirik.Oyunçularım görüşə tam hazırdır. Son məşqdə onlardan maksimum güclə oynamalarını xahiş edəcəyəm. Amma futbolçulara doğma meydanda oynadığımız üçün mütləq qələbə qazanmalı olduqlarını deməyəcəyəm".

Qeyd edək ki, bu gün Priştinadakı "Fadil Vokkri" stadionunda keçiriləcək Kosovo - Farer adaları oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Balkanlılar Millətlər Liqasının ilk turunda Bakıda Azərbaycan yığması ilə heç-heçə edib - 0:0. Farer adaları isə öz meydanında Maltaya 3:1 hesabı ilə qalib gəlib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR