İqtisadiyyat

Azərbaycan nefti cüzi ucuzlaşıb

  • 08 Sep 2018
  • 155277 baxış

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,02 dollar və yaxud 0,03% azalıb.

Xalq TV Milli.Az-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 77,88 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR