Dünya

Turist avtobusu dərəyə aşdı: 17 nəfər öldü, onlarla yaralı var

  • 08 Sep 2018
  • 155153 baxış

İndoneziyada ağır yol qəzası baş verib.

 XalqTv.com-un Milli.Az-a istinadən verdiyi məlumata görə, hadisə Qərbi Yava əyalətinin Skabumi şəhərində qeydə alınıb. 

Belə ki, turistləri daşıyan avtobusun 30 metr dərinliyindəki dərəyə aşması nəticəsində azı 17 nəfər ölüb, onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. 

Xəbərdə qeyd olunub ki, avtobus "Catur Putra Group" və "Honda" şirkətlərinin əməkdaşlarını turistlər arasında populyar olan çaya aparırmış.

Qəzaya sürücünün idarəetməni itirməsinin səbəb olduğu bildirilir. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR