Xəbərlər

Metroda əxlaqsızlıq edən kişi ilə bağlı Ramil Usubova müraciət olundu

  • 08 Sep 2018
  • 155130 baxış

Bakı metrosunda sərxoş vəziyyətdə qızlara sataşan və onlardan birinin halının pisləşməsinə səbəb olan 1981-ci il təvəllüdlü Seymur Abbasovun tərbiyəsiz hərəkəti sosial şəbəkələrdə də sərt etiraz doğurub.

XalqTv.com  Milli.Az-a istinadən xəbər verir ki, sərnişinlər tərəfindən polisə təhvil verilən və barəsində araşdırma aparılan S.Abbasovun əxlaqsızlığı haqda məlumat ictimailəşdikdən sonra sosial şəbəkə istifadəçiləri etiraza qalxıblar.

Həmçinin daxili İşlər naziri Ramil Usubova müraciət edərək, olayı nəzarət altına almasını xahiş ediblər. S.Abbasovun qanunvericiliyə uyğun cəzalanması və bunun ictimailəşməsinin cəmiyyətdəki bu cür neqativliyə qarşı önəmli addım olacağı bildirilib.

Qeyd edək ki, 6 sentyabrda S.Abbasov olduğu müəyyənləşən şəxs vaqonda qızlara qarşı nalayiq hərəkətlərə yol verib. Bu zaman vaqondakı sərnişinlər həmin şəxsə etiraz edib. "Koroğlu" stansiyasında polis əməkdaşları müdaxilə edərək, S.Abbasovu vaqondan düşürüblər və polis bölməsinə aparıblar.

"Qara Qarayev" stansiyasında isə əxlaqsızın hücumuna məruz qalan qızın halı pisləşib və o özündən gedib. Sərnişinlərdən bir neçəsi qızı qatardan düşürüb və metro işçilərini köməyə çağırıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, S.Abbasovla bağlı araşdırma davam edir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR