Xəbərlər

DİN-dən şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı yaranmış problemə MÜNASİBƏT

  • 08 Sep 2018
  • 155120 baxış

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda kişilərə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı yaranmış problemə münasibət bildirib.

XalqTv.com Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı report-un sorğusunu Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə cavablandırıb. 

O xatırladıb ki, sentyabrın 1-dən ölkə vətəndaşlarına kütləvi şəkildə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb və bunun üçün 7 dövlət xidmətinin elektron məlumat bazası bir-birinə inteqrasiya olunub. 

"Bütün yeni layihələrin reallaşdırılması zamanı hansısa nöqsanlar ortaya çıxa bilər. Bu baxımdan, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi də istisna deyil. Yəni sistemlərin inteqrasiyası zamanı texniki nasazlığın olması qaçılmazdır və müşahidə olunan kiçik çatışmazlıqlar dərhal aradan qaldırılır, yaranmış problemlər dərhal aidiyyəti orqanların məsul əməkdaşları tərəfindən həll olunur. Yəni kişilərə şəxsiyyət vəsiqələrinin verilməsindən imtina edilməsi söhbəti ola bilməz, sadəcə, müəyyən ləngimələr ola bilər. Bu isə adi məsələdir", - DİN rəsmisi qeyd edib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR