Hadisə

Ağdaşda qəza - Avtomobili yol kənarındakı kanala aşdı

  • 08 Sep 2018
  • 154474 baxış

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XalqTv.com Musavat.com-a istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı kanala aşıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR