idman

"Beşiktaş"ın futbolçusundan jest - Klub işçilərinə 420 min verdi

  • 08 Sep 2018
  • 155258 baxış

"Beşiktaş"ın müdafiəçisi Pepe klubda çalışan işçilərə jest edib.

XalqTv.com Milli.Az-a istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi klubun işçilərinə yardım edib. Türkiyə mətbuatının yazdığına görə, 34 yaşlı mərkəz müdafiəçisi komandanın qazandığı xallara görə aldığı 420 min lirəlik mükafatı 10 və 15 min lirə olmaqla zərflərə qoyub və klubun işçilərinə (həkimlər, mətbəx işçiləri, mühafizəçilər) paylayıb.

Qeyd edək ki, ötən mövsümün əvvəlində "Beşiktaş"a transfer olan Pepe illik 4,5 milyon avro qazanır. O, komandanın qazandığı hər xala görə isə 4 min avro mükafat alır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR