Xəbərlər

Gəncədə apteklərdə güclü təsiredici və psixotrop tərkibli dərmanlar aşkarlandı

  • 08 Sep 2018
  • 155220 baxış

Gəncə şəhəri ərazisindəki bir neçə aptekdə güclü təsiredici xüsusiyyətə malik və psixotrop tərkibli dərmanlar aşkarlanıb.

XalqTv.com-un Milli.Az-a istinadən verdiyi məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində şəhər sakinləri əvvəllər məhkum olunmuş Şəlalə Əliyevanın işlətdiyi və Şakir Sadıxovun təsisçisi olduğu apteklərə baxış zamanı psixotrop tərkibli 59 ədəd "Relanium diazepam 5 mg/ml", həmçinin 465 ədəd "Qaloperidol-Rixter 5 mq", 30 ədəd "Aminazin" və güclü təsiredici xüsusiyyətə malik 75 ədəd "Tramadol kalseksi 2 ml" aşkar edilərək götürülüb

DİN BNMİ və QBRŞ əməkdaşlarının həyata keçirdikləri daha bir uğurlu əməliyyat tədbiri ilə Gəncə şəhəri ərazisində şəhər sakini Kəmalə Bağırovaya məxsus aptekə baxış zamanı güclü təsiredici xüsusiyyətə malik 150 ədəd "Tramadol 50 mg", psixotrop tərkibli 100 ədəd "Relanium diazepam 5 mg/ml", həmçinin 34 ədəd "Kalium-Permanqanat", 250 ədəd "Diabeton MR 60 mq" və 9 ədəd "Xumulin NPX" aşkar edilərək götürülüb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR