Hadisə

Bakıda dəhşət - Arvadını bıçaqladı, kürəyində bıçaqla küçəyə atdı - FOTO (18+)

  • 07 Sep 2018
  • 9740 baxış

Ötən gün günorta saatlarında Bakı şəhərində qadın əri tərəfindən bıçaqlanıb.

XalqTv.com baku.ws-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Daxil olan məlumata görə, 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətləri alıb.

Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Aydan Hətəmova dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağır olan qadın hazırda reanimasiyadadır.

"Hazırda Aydan Hətəmovanın vəziyyəti orta-ağırdır. Sabah xəstəni palataya yerləşdirəcəyik", - deyə xəstəxanadan məlumat verilib.

Məsələ ilə əlaqədar Nəsimi rayon Prokurorluğdan bildirdilər ki, həyat yoldaşını bıçaqlayan 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Rəhman Cəfərov həyat yoldaşı Aydan Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR