Xəbərlər

Təhsil Nazirliyi: "Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb"

  • 06 Sep 2018
  • 156799 baxış

Yeni tədris ili üzrə 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb.

Xalq tv Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.

Qeyd edək ki, orta məktəblərin şagirdləri dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər. Proses sentybarın 3-dən başlayıb və hazırda davam edir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR