Xəbərlər

"WhatsApp"dakı şəkilləriniz təhlükədədir

  • 06 Sep 2018
  • 154618 baxış

WhatsApp" ilə göndərilən şəkillər və sənədlərin təhlükədə olduğu müəyyən edilib.

Xalq tv Sputnik-ə istinadən xəbər verir ki, bəzi hakerlər məşhur messencer proqramı "Viber"ə bənzəyən casus proqramları yayırlar. Bu proqramlar vasitəsilə "WhatsApp"dan şəkil və sənədləri oğurlamaq mümkün olur. Proqramların təhlükəli olması barədə ESET şirkəti xəbərdarlıq edib.

Yalançı "Viber" Android bazalarına hücum edir. Onu ESET şirkətinin təhlükəsizlik mütəxəssisi Lukas Stefanko "Google Play" tətbiqlər mağazasını təqlidi olan sayt vasitəsilə aşkar edib.

Saxta qaynağı "redaktorun seçimi" işarəsi məsləhət görür. Qeyd olunur ki, saxta "Viber"i 500 milyondan çox istifadəçi yükləyib. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR