Dünya

“Hababam sinfi” yenidən çəkilir

  • 05 Sep 2018
  • 154541 baxış

Məşhur "Hababam sinfi" kinolar silsiləsinə daha biri əlavə ediləcək.

XalqTv.com axşam.az-a istinadən bildirir ki, yeni çəkiləcək film 2019-cu ildə kinoteatrlarda nümayiş olunacaq.

Yeni ekran işinin rejissoru Doğa Can Anafartan, ssenaristləri isə Evren Ərdoğan və Ayşe Balıbeydir.

Çəkilişləri 6 həftə davam edəcək filmin aktyor heyəti internetdən verilən elan yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, ilk dəfə 1975-ci ildə ekranlaşdırılan "Hababam sinfi" rejissor Ertem Eyilmez tərəfindən yazıçı Rıfat İlqazın romanı əsasında çəkilib. Bundan sonra 1981-ci ilə qədər eyni başlıqda 5 film lentə alınıb.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR