Xəbərlər

Azərbaycanda maraqlı toy karvanı: bəyin dostları ona sürpriz ediblər - VİDEO

  • 03 Sep 2018
  • 155305 baxış

Goranboyda toyu olan bəyin dostları ona sürpriz ediblər. XalqTv.com  bildirir ki, bəzədilən maşınlar gəlini gətirmək üçün yola düşən kimi kənardan şarlarla bəzədilmiş traktorlar toy karvanına qoşulub.

Maraqlı toy karvanı Goranboyun Xanqərvənd kəndində olub. Kənd sakini Tural Həsənov 7 ildən artıqdır mexanizatordu. Bunu nəzərə alan dostları onun şad günündə sevimli minik vasitələri ilə toya gələrək bəyə süpriz ediblər.

Toy karvanında öndə bəzədilmiş gəlin maşınını 5 traktor müşayət eliyib. Görüntülər kənd sakinlərinin də marağına səbəb olub. Maraqlı anları yol kənarından telefonlara çəkənlər də olub.

Keçirilən toy məclisində maraqlı anlar bununla da yekunlaşmayıb. Tural Həsənovu dostları öz traktoruna mindirərək "Bəy tərifi" mərasiminə gətiriblər. /xezerxeber.az

XalqTv.com

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda maraqlı toy karvanı: bəyin dostları ona sürpriz ediblər



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR