Xəbərlər

İrandan gələn yük avtomobilində külli miqdarda narkotik tapıldı - VİDEO

  • 02 Sep 2018
  • 15797 baxış

İrandan Azərbaycana gələn yük avtomobilində külli miqdarda narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) XalqTv.com a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Ukrayna vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana yüksüz gedərkən Astara gömrük-sərhəd buraxılış məntəqəsində saxlanılıb və əməliyat məlumatının yoxlanılması məqsədilə nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib.

Bu zaman yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində dördkünc formalı şübhəli cizgilər müşahidə olunub. Yoxlama zamanı, dartıcının tavan hissəsində, xüsusi düzəldilmiş yerdə gömrük nəzərətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 40 ədəd yastı dördkünc formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək aşkarlanıb. Qablaşdırılmış bağlamaların ümümi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR