Şou Bİznes

Afaq Aslan ad günündə evlilik təklifi aldı

  • 02 Sep 2018
  • 399 baxış

Cazibədar müğənni Afaq Aslan üçün doğum günü unudulmaz anlarla yadda qalıb.

XalqTv.com a istinadən xəbər verir ki, doğum günündə sevdiyi insan tərəfindən evlilik təklifi alan müğənni sevincinin həddi-hüdudu olmadığını və toy hazırlıqlarına başladıqlarını bildirib.
Adı azərbaycanlı qanuni oğru, "Lotu Quli" ləqəbli Nadir Səlifovla sevgi macərasında hallanan Afaq Aslan şəxsi həyatını gizli saxlayacaını deyib:

"Bu, mənim haqqımdı. Həyatımla bağlı göz önündə, gündəmdə olmağı sevmirəm. Sevdiyim insanın adını gizli saxlayıramsa, bu, o demək deyil ki, kim adımı kiminlə istəsə hallandıra bilər. Adımın ailəli insanlarla hallandırılması yolverilməzdir. Sevdiyim şəxs subaydır, mən isə gənc xanımam. Sevib-sevilmək, ailə qurmaq hər bir gənc qızın olduğu qədər, mənim də haqqımdır".

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR