Hadisə

Azərbaycanda gənc oğlanı güllələdilər - FOTO

  • 02 Sep 2018
  • 372 baxış

Ötən gün Salyan rayonunda qətl hadisəsi baş verib.

XalqTv.com xəbər verir ki, virtualaz.org-un məlumatına görə, rayonun Seyidsadıqlı kənd sakini, 29 yaşlı Elgün Alik oğlu Səmədzadə həmkəndlisi, 28 yaşlı Rüfət Rüstəm oğlu Bağırovu öz yaşadığı həyətin arxasına çağıraraq, ov tüfəngindən atəş açaraq ağır yaralayıb.

Rüfət Bağırov Salyan Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Hazırda hadisə yerində hüquq-müfaizə orqanlarının əməkdaşları işləyir. Hələlik hadisənin nə səbəbdən baş verdiyi məlum deyil.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR