Dünya
Tatar milyonçunun qızı lüks malikanə aldı - 22 milyon funt-sterlinqə... - FOTO
Rusiya vətəndaşı, Tatarıstan Respublikasının sakini Rinat Şamilyeviç Xayrovun 29 yaşlı qızı Elsina Xayrova İngiltərənin Surrey qraflığındakı Uenvorz şəhərinin yaxınlığında lükas malikanə alıb.
XalqTv.com Daily Mail-ə istinadən bildirir ki, 10 yataq otağı, qapalı hovuzu, spa-salonu, şərab anbarı və ev kinoteatrı olan malikanənin dəyəri 22 milyon funt-sterlinqdir.
Malikanənin ətrafındakı ərazi 3 hektardır.
54 yaşlı Rinat Xayrov Tatarıstanın sabiq maliyyə naziri, hazırda isə Rusiya Dövlət Dumasının deputatıdır.
Ötən ay Elsina Xayrova Londonda 10 milyon funt-sterlinqə dəbdəbəli mənzil almışdı.
XalqTv.com
RƏYLƏR