Xəbərlər

Payızda necə geyinək? – Modelyer açıqlayır

  • 01 Sep 2018
  • 340 baxış

Qarşıdan gələn mövsümdə klassik janrlar, həm idman üslubu, həm idmanla klassik üslubun vəhdəti gündəmdə olacaq.

XalqTv.com bildirir ki, bu sözləri axar.az-a açıqlamasında tanınmış modelyer Gülnarə Xəlilova deyib. O, bəzi geyim formalarının aktuallığını qoruduğunu söyləyib:

"Bundan əlavə, şəffaf parçalardan hazırlanmış, parıltılı dəridən və dəriəvəzedici parçalardan hazırlanmış geyimlər dəbdə olacaq. Ümumiyyətlə, son dövrlər dəri və dəriəvəzedici parçalar demək olar ki, bütün geyim nümunələrində istifadə olunur.

Artıq uzun illərdir ki, dəb bizi bir o qədər də təəccübləndirmir. Çünki dəbdə klassik, idman, avanqard üslubdakı fərqli geyim nümunələri artıq uzun müddətdir aktuallığını qoruyur.

Yeni mövsümdə həm geniş kəsimli, həm bədənə kip formalardan istifadə olunacaq. Köynəklərdə, koftalarda çoxlu maraqlı, qeyri-adi kəsim formaları, aborkalardan, eləcə də üstdən tikilən ciblərin istifadəsi və s. müşahidə olunacaq".

Modelyerin sözlərinə görə, bu payız romantik üslub dəbdə olacaq:

"2018-ci ilin payız-qış mövsümündə xəzlər həddindən artıq çox gündəmdə olacaq. Payızda göy, qara, xardal, qırmızı, çəhrayı rəngin bir çox çaları bej tonlar, süd və portağal rəngləri aktual olacaq.

Gözəçarpan geyimlərdə aksesuarlardan az, sadə geyimlərdə isə çox istifadə etmək lazımdır".

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR