SAĞLAMLIQ

2 günlük körpə xəstəxanada öldü

  • 31 Aug 2018
  • 155307 baxış

İmişli rayonunda yeni doğulan körpə ölüb.

XalqTv.com Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Avqustun 28-də gecə saat 01 radələrində İmişli rayonunun Bəcirəvan kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərova Ziba Fərhad qızı İmişli Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib və orada oğlan uşağı dünyaya gətirib. Həkimlər razılıq verməsə də, yeni doğulan körpə valideynlərin təkidi ilə xəstəxanadan çıxarılaraq evə aparılıb.

Avqustun 30-da uşağın səhhətində problem yaranıb. Körpə yenidən xəstəxanaya gətirilsə də, həkimlər uşağın həyatını xilas edə bilməyiblər. 2 günlük körpə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45766 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 637 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 638 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 608 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 713 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO