Dünya

Britaniyada energetik içkilərə CİDDİ QADAĞA - FOTO

  • 30 Aug 2018
  • 155122 baxış

Britaniyanın baş naziri Tereza Mey həkimlərin, medianın, siyasətçilərin və ictimai xadimlərin çoxsaylı müraciətlərindən sonra ölkədə energetik içkilərin satışına ciddi məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

XalqTv.com Daily Mail-ə istinadən bildirir ki, yeni qərara görə, Britaniyada 18 yaşına çatmamış şəxslərə energetik içkilərin satışı tam yasaqlanacaq.

Britaniya Səhiyyə Nazirliyinin hesabatında bildirilir ki, energetik içkilərin tərkibində həddən ziyadə kofein və şəkər olduğundan insanda piylənməyə, sinir-əsəb sisteminin pozulmasına, depressiyaya, sonsuzluğa və yuxusuzluğa səbəb olur.

Gündə 1 banka energetik içki içən insanlarda mütləq halda mədə-bağırsaq sisteminin pozulması, ürək-damar sistemində çatışmazlıqlar, oynaqlarda qığırdaqların yumşalması olur.

Gündə 2 banka energetik içki içənlərin qarşılaşdıqları "ən kiçik" problem isə onikibarmaq bağırsaq və mədə xoraları, keçəlləşmə, tənəffüs və qida sistemində fəsadlardır.

Britaniyanın ən məşhur aşpaz və kulinarlarından olan Ceymi Oliver də energetik içkilərin satışının maksimal dərəcədə məhdudlaşdırılmasını tələb edir.

Xatırladaq ki, 250 ml-lik bankadakı energetik içkidə təqribən 80 mq kofein olur. Bu, 3 banka Coca-Coladakı kofeinin miqdarına bərabərdir.

Energetik içkilərdə şəkərin miqdarı isə qazlı sərinləşdirici içkilərdən 3 dəfə çoxdur.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR