Şou Bİznes

Xalq artisti Nahidənin müdafiəsinə qalxdı: “O paltarda qeyri-adi heç nə yox idi” - FOTO - VİDEO

  • 28 Aug 2018
  • 155303 baxış

Əməkdar artist Nahidə Orucova onun geyimini qınayanlara ötən gün saytımızda öd püskürmüşdü. Bu dəfə isə aktrisanın müdafiəsinə xalq artisti Nisə Qasımova qalxıb.

Aktrisanın XalqTv.com təqdim etdiyi videoda Nisə Qasımova ilə birlikdə görüntüsü təsvir olunub.

Belə ki, Stilist Samiraldo aktrisaya "Nahidə xanım, o gün nə paltar idi geyinmişdiniz elə?" sualını
ünvanlayır. Xalq artisti Nisə Qasımova aktrisanı qabaqlayır və sualın cavabını özü verir:
"Orda nə var idi ki, bəyəm? Nahidə xanım şəkili mənimlə çəkdirib və orda qeyri-adi heç nə yox idi".

Qeyd edək ki, aktrisanın 2 gün öncə Nisə Qasımova ilə çəkdirdiyi fotosunu izləyiciləri tənqid edərək, altdan geyindiyi paltarın göründüyünü bildirmişdilər. Əməkdar artist isə saytımıza açıqlamasında bunun şortik olduğunu bildirmişdi.


XalqTv.com

Videonu izləmək üçün şəklə klikləyin:

Xalq artisti Nahidənin müdafiəsinə qalxdı: "O paltarda qeyri-adi heç nə yox idi"

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR